"Şahmat" əsərindən maraqlı sitatlar | Stefan Sveyq

"Şahmat" əsərinin keçdiyi tarix yolu
Psixoloji janrda şedevrlərdən hesab edilən “Şahmat”  əsəri alman yazıçı Stefan Sveyqin qələminin məhsuludur. Sveyqin, Braziliyada sürgündə olarkən qələmə aldığı və 1942-ci il fevral ayında etdiyi intahardan bir neçə ay öncə tamamladığı “Şahmat”, Avropa mədəniyyətinin Nasyonal Sosializm ideyaları altında məhv edilməsinə bir işarədir. İlk öncə 1942-ci ildə Argentinanın Paytaxtı Buenos–Ayresdə 250 nüsxə ilə buraxılan əsər, daha sonra 1944-cü ildə ingilis dilinə tərcümə olunaraq Nyu-Yorkda nəşr olumuşdur. Bu günə qədər Almaniyada əsərin 1.200.000-dən çox nüsxəsi satılmışdır.

Şahmat da sevgi kimidir,gərək mütləq tərəf-müqabilin olsun..

Şahmat, Stefan Sveyq

 


 

  • Hansı sənətdə olur-olsun, öz işinin ustaları həm də ən yaxşı tacirdirlər.
  • Ömrümdə ağlıma gətirməzdim ki, qara və ağ fiqurları o yan-bu yana çəkmək belə gəlirli iş sayılarmış.

Davamı →

Stefan Sveyq Balzak haqqında nə düşünürdü?

Balzak 1799-cu ildə Rablenin şən vətəni, bərəkətli əyalət şəhəri Turində anadan olub. İyun, 1799-cu il. Bu tarixi təkrarlamağa dəyər. Napoleon – əməllərindən narahat olan dünya onu hələ Bonapart adladırırdı – həmin il yarı-qalib, yarı-qaçaq şəkildə Misirdən öz ölkəsinə qayıtdı. Yad ulduz bürclərinin altında, piramidaların daşlaşmış şahidliyində döyüşmüş, başladığı böyük işi başa çatdırmaq üçün lazımlı olan bütün gücünü tamamilə itirmiş, sonra isə çox kiçik bir gəmiylə Nelsonun pusquda yatmış zabitləri arasından süzülərək ölkəsinə qayıtmışdı. Qayıdandan bir neçə gün sonra ona sadiq olan bir ovuc adamı bir yerə yığdı, müqavimət göstərən Məclisi darmadağın etdi və bir göz qırpımında Fransa iqtidarını ələ keçirdi.

Balzakın anadan olduğu 1799-cu il, eyni zamanda, İmperatorluğun da başlanğıcıdır. Yeni əsr ilk illərində öz qarşısında “le petit général”ı (kiçik general), korsikalı kiçik macəraçını deyil, Fransa İmperatoru Napoleonu gördü. On-on beş il ərzində – Balzakın ilk gənclik illəri – çoşqulu xəyalları qartal qanadları ilə şərqdən-qərbə bütün dünyanı sararkən, azğın iqtidar ehtirasıyla yanıb alışan əlləri Avropanın yarısını artıq möhkəmcə tutmuşdu. Balzak ətrafındakı hər şeyə çox həssaslıqla yanaşan biri kimi, gözlərini dünyaya açmasının ilk on altı ili ilə imperatorluğun ilk on altı ilinin – ki dünya tarixinin bəlkə də ən fantastik dövrüdür bu – tamamilə üst-üstə düşməsinə laqeyd qala bilməzdi. Çünki ilk təcrübələr və alın yazısı, əslində, elə eyni şeyin daxili və xarici müstəviləri deyilmi?
Davamı →

Stefan Sveyqin intihar məktubu

Avstriyalı yazıçı Stefan Sveyqin intihar məktubu İsrail Milli Kitabxanası tərəfindən internetdə dərc olunub. Kitabxana məşhur yazıçının ölümünün 70-ci ildönümündə aralarında intihar məktubunun da olduğu bir neçə sənədi internet üzərindən oxuculara təqdim edib.

1881-ci il təvəllüdlü Stefan Sveyq1934-ci ildə Adolf Hitler və Nasist ideologiyasının hakimiyyətə gəlməsindən sonra Avstriyanı tərk etmişdi. Əvvəl İngiltərəyə, sonra ABŞ-a gedən Sveyq 22 fevral 1942-ci ildə həyatına son verdiyi Braziliyaya yerləşib.
Davamı →

Hər kəsin dostu | Stefan Sveyq

Həyatda çox az insanın bacara bildiyi iki çətin iş var: həmcinsləri arasında bir düşmən belə qazanmadan yaşamaq və daxili azadlığı sayəsində Yer kürəsinin ən böyük qüvvəsi  olan pulun hökmündən qurtulmaq.

O özünəməxsus xarakteri olan adamla tanışlığım çox sadə bir şəkildə oldu. O vaxtlarda kiçik bir şəhərdə yaşayırdım və bir gün ilkindi vaxtı itimi gəzdirməyə çıxartmışdım. Birdən-birə it əcayib hallara düşməyə başladı: Dəlicəsinə yerdə yuvarlanır, inildəyib ulayaraq ağaclara sürtünürdü.

Heyvana nə oldu deyə düşünərkən yanımda birinin gəzdiyinin fərqinə vardım: təqribən otuz yaşında, yoxsul qifayəli, yaxasız, şapkasız bir adam idi. Dilənçi zənn edib əlimi cibimə aparacaqdım. Lakin yad adam köhnə bir dostunu görmüş kimi açıq mavi gözlərilə mənə sakit-sakit gülümsədi. İti göstərərək: -“Yazığı bit-birə basıb”, dedi. “Gəl onu çıxaraq.” Təklifsiz, qohummuş kimi mənimlə sənli-mənli danışırdı, lakin o qədər şirin bir baxışı vardı ki, təklifsizliyindən incimədim. Bir oturacağa doğru getdik, yanında oturdum. Kəskin bir fit ilə iti çağırdı.

Qəribə deyilmi, yad insanlardan daima çəkinən Kaspar bu dəvəti yaxşı qarşıladı. Gəlib başını yad insanın dizinə qoydu. O da uzun, həssas barmaqları ilə heyvanın dərisini yoxlamağa başladı. Nəhayət məmnun bir rəftarla, “Ah!..” dedi və bir işə girişdi. Heyvanı necə incitdisə, heyvan bir neçə dəfə inlədi. Amma heç də qaçmağa çalışmadı. Adam onu birdən-birə sərbəst buraxdı. Gülərək və havada bir şeyi göstərərək:


Ardı →